DÜNYA


Kraliçanın Britaniya parlamentində çıxışı təxirə salınıb

Bakı, 12 iyun, AZƏRTAC

Britaniya kraliçasının çıxışı etdiyi parlamentin rəsmi açılış mərasimi mühafizəkarların seçkilərdə uğursuz iştirakından sonra partiyadaxili mübahisələrin kəskinləşməsi səbəbindən Baş nazir Tereza Meyin təşəbbüsü ilə təxirə salınıb.

AZƏRTAC Sky News telekanalına istinadla xəbər verir ki, Mühafizəkarlar Partiyasının yüksək vəzifəli üzvünün sözlərinə görə, kraliçanın əvvəlcə iyunun 19-a təyin olunmuş çıxışı bundan bir neçə gün sonra baş tutacaq.

Xatırladaq ki, iyunun 8-də keçirilən növbədənkənar parlament seçkilərində mühafizəkarlar İcmalar palatısındakı heyətlə müqayisədə 12 yer az - cəmi 318 mandat əldə edə biliblər. Onların tam çoxluq qazanmaları üçün 8 yer çatmayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.