DÜNYA


Krasnodarda yaşayış binasında 20 mənzil yanıb, 1 nəfər ölüb

A+ A

Bakı, 16 fevral, AZƏRTAC

Rusiyanın Krasnodar şəhərində yaşayış binasında baş verən yanğın nəticəsində 20 mənzili alov məhv edib.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, hadisə altımərtəbəli binada qeydə alınıb. Alovun söndürülməsində 100-dən çox insan iştirak edib. Yanğın 1,5 min kvadratmetr ərazini əhatə edib. Xilasedicilər 1 nəfərin cəsədini aşkar ediblər.

Şahidlərin sözlərinə görə, yanğın binanın mansardında başlayıb və mənzillərə keçib. Binadan 450 sakin, o cümlədən 90 uşaq təxliyə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.