MƏDƏNİYYƏT
“Kreativ gənclik bugün” adlı videoçarx hazırlanıb
Bakı, 2 oktyabr (AZƏRTAC). “Bakı-2015” birinci Avropa Oyunlarına könüllü fəaliyyətin yüksəldilməsi məqsədilə “Kreativ gənclik bugün” adlı videoçarx hazırlanıb.
AZƏRTAC xəbər verir ki, videoçarxda könüllülük fəaliyyətinin məqsədi, iş prinsipləri və necə əyləncəli olması öz əksini tapıb. Belə ki, könüllü fəaliyyətə qoşulan gənclər “Happy” musiqisinin sədaları altında rəqs edərək, hər bir gənci “Bakı-2015” Avropa Oyunlarında könüllü fəaliyyət göstərməyə çağırır.
Layihənin əsas məqsədi gənclərin könüllü fəaliyyətə cəlb olunmasına dəstək vermək və ruhlandırmaqdır.
Videoçarxı aşağıdakı linkdən izləmək olar:
https://www.youtube.com/watch?v=59sVuxsneiA&index=3&list=PLBe4j-o5-UID7Z0vliUtc---KIQocQFf0