Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

“Kristal Abşeron” layihələrini vaxtında və yüksək keyfiyyətlə başa çatdıracaq

Bakı, 30 dekabr, Elvin Camalov, AZƏRTAC

Azərbaycan tikinti sektorunun liderlərindən olan “Kristal Abşeron” şirkəti bu günlərdə öz tikinti komplekslərinə media-tur təşkil edib. Turun məqsədi jurnalistləri şirkətin həyata keçirdiyi layihələrlə, işin keyfiyyəti ilə elə yerindəcə tanış etmək idi. Bakı, Xırdalan və Sumqayıtı əhatə edən 5 başa çatmış, 19 davam etməkdə olan layihəsi ilə “Kristal Abşeron”, həm də tikinti şirkətləri arasında yaşayış komplekslərinin sayına görə birincidir. 2017-ci ildə bir neçə yeni layihənin başlanacağı da istisna deyil.

Şirkətin üstünlüyü təkcə tikdiyi binalarda yüksəkkeyfiyyətli materiallardan istifadə və binaların yüksək təhlükəsizlik və fasiləsiz kommunal xidmətlərlə təminatında deyil, həm də tam təmirli mənzillər və təhvil verilən evlərin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarışla təmin edilməsidir.

Media-tur zamanı jurnalistlər əvvəlcə “Kristal Abşeron”un maraqlı layihələrindən olan və “Azadlıq” metro stansiyasının yaxınlığında yerləşən “8-ci mikrorayon” layihəsi ilə tanış olublar. 3 girişli 16 mərtəbəli bina 1, 2 və 3 otaqlı mənzillərdən ibarətdir. Yüksək keyfiyyətlə aparılan tikintiyə Ukrayna və Rusiya istehsalı olan armaturlardan istifadə edilir. “Kristal Abşeron”un digər layihələrində olduğu kimi “8-ci mikrorayon” layihəsində də binalarda istiyə, soyuğa və nəmlənməyə davamlı izolyasiya sistemindən istifadə edilir. Avropanın aparıcı “daş yun” izolyasiya məhsulları istehsalçısı olan “TechnoNicol” şirkətinin izolyasiya məhsulları vulkanik daşlardan hazırlanır və bütün beynəlxalq standartlara cavab verir. “8-ci mikrorayon” layihəsi şirkətin digər layihələri kimi vaxtında sakinlərin istifadəsinə veriləcək.

Qeyd edilib ki, binalarda mərkəzləşdirilmiş rəqəmsal peyk yayım sistemi, telefon və internet xətti də olacaq. Mənzillər xüsusi qurğularla təmizlənmiş isti və soyuq su ilə daimi təmin ediləcək. Evləri qızdıracaq mərkəzi istilik sistemi İtaliya istehsalıdır. Kompleksdə mühərrikləri İtaliya istehsalı olan Türkiyə liftləri quraşdırılacaq. Hər mərtəbədə 8 mənzilin yerləşəcəyini nəzərə alaraq iki lift quraşdırılması nəzərdə tutulub. Binanın həyətində də sakinlərin istirahəti üçün bütün şərait yaradılacaq.

“Kristal Abşeron”un növbəti layihəsi olan “Biləcəri layihəsi” ilə tanışlıq zamanı jurnalistlər həm tikilən binalarda, həm də tikintisi başa çatan mənzillərdə olublar. Bu layihədə şəhərimizin şimal qapısı sayılan Biləcəri qəsəbəsi 5025-ci məhəllə ünvanda, metronun “20 Yanvar” və “Avtovağzal” stansiyaları dairəsində tikiləcək yaşayış kompleksində müxtəlif ölçülü, tam təmirli mənzillər təklif edilir.

Jurnalistlərə məlumat verilib ki, inşasına 2014–cü ilin sonunda başlanmış bu layihə 16 mərtəbəli 5 binadan ibarətdir. Kompleksin şoseyə və metro stansiyalarına yaxın olması sakinlərə ictimai nəqliyyatdan rahat istifadə etmək imkanı yaradır.

Kompleksdə avtomobillərin təhlükəsizliyini qoruyacaq yeraltı dayanacaq və binanın mühafizəsini təmin edəcək xüsusi xidmət və kamera-nəzarət sistemi də nəzərdə tutulub. Yaşayış kompleksində sakinləri xırda məişət qayğılarından azad edəcək komendant xidməti də fəaliyyət göstərir.

Jurnalistlərin növbəti dayanacağı “Xırdalan-2” layihəsi olub. “Xırdalan-1” və “Xırdalan-2” layihəsi “Kristal Abşeron”un ən uğurlu layihələrindən hesab olunur. Şirkət təkcə Xırdalan layihələrində 2000-dən çox mənzil sahibini çıxarışla təmin edib. Bütün layihələr üzrə isə bu günə qədər 3000-dən çox sakin çıxarışla sevindirilib. “Xırdalan-1” layihəsi haqda qısa məlumat zamanı məlum olub ki, inşasına 2012-ci ildə başlanan layihədə 18 ədəd hündürmərtəbəli yaşayış binasının inşa və təmir işləri yekunlaşdırılaraq sakinlərə təhvil verilib.

Ümumilikdə, 11 yaşayış binasından ibarət olacaq “Xırdalan-2” layihəsinin inşası isə 2014-cü ilin yay aylarında başlayıb. 2016-cı ildə artıq 7 yaşayış binası sakinlərin istifadəsinə verilib. Qalan 4 yaşayış binası isə 2017-ci ildə veriləcək. Binalarda 1, 2 və 3 otaqlı mənzillər mövcuddur. Şirkət bu layihədə sakinlərin istəklərini və təkliflərini, xüsusən də gənc ailələri nəzərə alaraq daha fərqli funksiyalarla zəngin bir kompleks yaradır.

Xüsusilə qeyd etmək gərəkdir ki, “Xırdalan-2” layihəsinin baş tutduğu ərazi Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarlarının yeni dayanacağı olan Xırdalan stansiyasına çox yaxın ərazidə yerləşir.

“Kristal Abşeron”un “Sumqayıt layihəsi” isə dörd kompleksdən ibarətdir. Onlardan biri artıq inşası başa çatdırılaraq təhvil verilən 6-cı mikrorayonda yerləşən, dəniz mənzərəli, digəri isə inşasına yeni başlanılan, 10-cu mikrorayonda “Göyərçin” heykəlinin yaxınlığında, Xəzərin sahilində yerləşən və bütün mənzillərdən dəniz görünüşü olan “P” şəkilli yaşayış kompleksidir. “Kristal Abşeron”un digər yaşayış komplekslərinin binalarında olduğu kimi burada da zəlzələyə davamlı, qatqısız, yüksəkkeyfiyyətli “B25” betonundan və Ukrayna istehsalı olan armaturlardan istifadə edilib. Beton hazırlanan zaman onun hamarlığını təmin edən qəliblər Almaniyanın “Peri” şirkətinindir. Tikintidə beynəlxalq standartlara uyğun Türkiyə malı olan elektrik kabellərindən istifadə olunub. Buradakı binalar ikiqat üzlüklə izolyasiya edilib. Mənzillərin giriş qapıları Türkiyə, daxili qapıları isə Belarus istehsalıdır. Plastik pəncərələr alman texnologiyası ilə hazırlanıb.

Mənzillərdəki parça tərkibli divar kağızları İtaliyada istehsal olunan yüksəkkeyfiyyətli “Limonta” firmasına aiddir, hamam aksesuarları isə Türkiyənin məşhur “E.C.A.” şirkətinin istehsalıdır. Hamamların kafel-metlaxı İspaniyadan alınıb. Mənzillərin döşəmələrinə İndoneziya istehsalı parlaq parket düzülüb.

Burada bütün binaları fasiləsiz elektrik enerjisi ilə təmin edəcək generatorlar da nəzərdə tutulub. Binaların liftləri mühərrikləri İtaliyada istehsal olunan Türkiyə malıdır. Sakinlərin avtomobillərin təhlükəsizliyini təmin edən yeraltı avtodayanacaqdan liftlərlə birbaşa mənzillərə qalxma imkanı da var. Yaşayış kompleksinin təhlükəsizliyi qoruyucu kameralar və mühafizə xidməti tərəfindən fasiləsiz surətdə təmin olunur.

Qeyd edək ki, 2003-cü ildən “Kristal Abşeron” adıyla öz uğurlu fəaliyyətinə başlayan şirkət bu günə qədər etibarlılıq və dürüstlük kimi dəyərlərə əsaslanıb, müştərilərinin etimadını qazanıb.

Bu gün “Kristal Abşeron” ölkəmizin ən güvənli və keyfiyyətli tikinti şirkətlərindəndir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib