DÜNYA


Kristalina Georgieva Dünya Bankının baş icraçı direktoru olacaq

A+ A

Bakı, 29 oktyabr, Nihad Budaqov, AZƏRTAC

Avropa Komissiyasının büdcə və insan resursları üzrə sədr müavini xanım Kristalina Georgieva Dünya Bankının baş icraçı direktoru vəzifəsini icra edəcək.

AZƏRTAC xəbər verir ki, K.Georgieva Dünya Bankı qrupunun baş icraçı direktoru vəzifəsini icra etməyə qərar verdiyini, buna görə də Avropa Komissiyasındakı postundan istefa verdiyini açıqlayıb. O, yeni işinə gələn il yanvarın 2-də başlayacaq.

Xanım Georgieva Avropa Komissiyasındakı postundan əvvəl Dünya Bankında rəhbər müavini vəzifəsini icra etmişdi. Onun Avropa Komissiyasındakı postuna isə Avropa komissarı Günter Ottinger gətiriləcək.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.