İDMAN


Kriştiano Ronaldo Lissabonda dördulduzlu otel açıb

A+ A

Bakı, 3 oktyabr, AZƏRTAC

Madridin “Real” futbol klubunun portuqaliyalı forvardı Kriştianu Ronaldo Lissabonda dördulduzlu otel açıb.

AZƏRTAC “Marca” qəzetinə istinadla xəbər verir ki, bu, portuqaliyalı hücumçunun “Pestana CR7” brendi altında açdığı ikinci şəxsi mehmanxanadır.

Mərasimdə çixiş edən Ronaldo həyatın təkcə futboldan ibarət olmadığını deyib: “Əlbəttə, futbolu çox sevirəm. Ancaq gələcək haqda da düşünmək lazımdır. Mənim yeddi illik futbol karyeram Lissabonda keçib. Bu şəhərdə otel açmaq imkanını əldən verə bilməzdim”.

Portuqaliyalı ulduz bir müddət əvvəl doğulduğu Funşal şəhərində də şəxsi otel açmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.