İDMAN


Kriştiano Ronaldonun xeyriyyə sirləri saç düzümündə gizlənir

A+ A

Bakı, 5 iyul, AZƏRTAC

Futbol üzrə Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldonu çoxları ulduz futbolçu kimi tanısa da, onun insani keyfiyyətləri və xeyriyyə sirləri haqda məlumatsızdırlar.

AZƏRTAC xəbər verir ki, peşəkar futbolçunun digər üzü – təqdirəlayiq keyfiyyətləri bir işarə olaraq qeyri-adi saç modelində gizlənib. Məlum olub ki, o, hər zaman xəstə uşaqların yardımına birinci yetişir. Üçqat “Qızıl top” sahibi “Avro-2016”da kameralara tuş gələrək boynunun sağ-arxa hissəsindəki iki horizontal çapıqla dünya mediasının diqqətıni çəkib.

Nəhayət, sonda bu gizli sirrin üstü açılıb. Portuqaliya yığmasının kapitanı yaxında xərçəng xəstəsi olmuş və başından cərrahiyyə əməliyyati keçirmiş bir oğlan uşağının müalicə xərcini ödəyib. Əməliyyatdan sonra uşağın başında iki çapıq xətt qalıb. Ronaldo isə müalicə alan uşağı dəstəkləmək üçün məhz belə saç düzümü seçib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.