İDMAN


Kriştianu Ronaldu “Gümüş buts” mükafatını komanda yoldaşına hədiyyə edib

A+ A

Bakı, 11 iyul, AZƏRTAC

Futbol üzrə Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu “Avro-2016”nın final oyunundan sonra “Gümüş buts” mükafatını komanda yoldaşı Naniyə hədiyyə edib.

AZƏRTAC xəbər verir ki, bununla əlaqədar Nani “İnstagram” səhifəsində bunları yazıb: "Sən kapitandan da artıqsan, sən əsil çempionsan. Hədiyyənə görə təşəkkür edirəm. Portuqaliya irəli. Biz çempionuq”.

Ronaldu turnirdə 625 dəqiqə meydanda olub. O, 3 qol vurub və 3 ötürmə edib. Naninin aktivində isə 3 qol və 1 məhsuldar ötürmə var.

“Qızıl buts”a Fransa millisinin üzvü Antuan Qrizman sahib olub.

Qeyd edək ki, “Avro-2016”nın finalında Portuqaliya millisi Fransanı 1:0 hesabı ilə məğlub edərək tarixində ilk dəfə Avropa çempionu olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.