İDMAN


Kriştianu Ronaldu: “Portuqaliya xalqı bizi alqışlayır”

A+ A

Bakı, 11 iyul, AZƏRTAC

Avro-2016-nın final oyununda qalib gələn Portuqaliya yığmasının kapitanı, çempionatın ev sahiblərinə qarşı matçda zədə alan Kriştianu Ronaldo qitə yarışındakı zəfəri unudulması mümkün olmayan unikal hadisə adlandırıb.

AZƏRTAC “uefa.com” saytına istinadla xəbər verir ki, K.Ronaldu final görüşünü şərh edərək deyib: “Portuqaliya xalqı, oyunçularımız bu qələbəyə layiqdir. Təəssüf ki, oyunda bəxtim gətirmədi, amma həmişə bu oyunçulara inanmışam. Onlar peşələrinin ustasıdır. Bu, mənim karyeramda ən xoşbəxt məqamlardan biridir. Həmişə demişəm ki, milli komanda ilə birgə kubok qazanmaq və tarixi yenidən yazmaq istəyirəm. Bu Avropa çempionatında bütün komanda yoldaşlarıma, məşqçimizə və onun köməkçilərinə, komandamıza minnətdaram. Portuqaliya xalqı bizi alqışlayır. Bu, unudulması mümkün olmayan unikal hadisədir”.

Yığmanın baş məşqçi Fernando Santuş qələbədə Ronaldunun böyük töhfəsi olduğunu bildirib: “O, iki dəfə meydana qayıtmağa cəhd etdi. Lakin Ronaldunun soyunma otağında, yaxud ehtiyat oyunçular skamyasında iştirakı belə əhəmiyyətli idi. Mənim kimi o da qələbəyə inanırdı”.

Qələbə qolunu vuran Antonio Eder də komandanın liderini tərifləyib: “Əlavə vaxt başlamazdan əvvəl Kriştianu Ronaldu mənə dedi ki, qələbə qolunu vurmalıyam. O mənə güc və müsbət enerji verdi”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.