DÜNYA


Kristin Laqard: “Brexit”lə bağlı qlobal tənəzzül ehtimal olunmur

A+ A

Bakı, 7 iyul, AZƏRTAC

Birləşmiş Krallıqda və Avropanın digər ölkələrində “Brexit” üzrə referendumun yaratdığı çaşqınlığa baxmayaraq, yeni qlobal tənəzzül ehtimal edilmir.

AZƏRTAC “lefigaro.fr” saytına istinadla xəbər verir ki, bu sözləri Beynəlxalq Valyuta Fondunun (BVF) baş direktoru Kristin Laqard AFP agentliyinə eksklüziv müsahibəsində deyib.

BVF-nin baş direktoru bildirib ki, Böyük Britaniyada Avropa İttifaqından (Aİ) çıxmaqla bağlı keçirilən səsvermə bir sıra vətəndaş narazılıqlarına səbəb olub. Bu isə Aİ-ni bir çox məsələlərdə daha aydın və şəffaf olmağa sövq edəcək.

İqtisadi qeyri-müəyyənliyə baxmayaraq, Kristin Laqard optimist görünür. O deyib: ““Brexit” Aİ-nin bir çox ölkələri üçün iqtisadi inteqrasiyanı dərinləşdirmək baxımından katalizator rolu oynaya bilər.”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.