DÜNYA


Kristin Laqard: İnkişaf etməkdə olan bazarlar FES-in uçot dərəcəsini artırma ssenarisinin sınağını yaşayıb

A+ A

Bakı, 27 oktyabr, Nihad Budaqov, AZƏRTAC 

İnkişaf etməkdə olan bazarlar Federal Ehtiyatlar Sisteminin (FES) uçot dərəcəsini artırma ssenarisinin sınağını yaşayıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri Beynəlxalq Valyuta Fondunun (BVF) baş direktoru Kristin Laqard “Bloomberg” kanalına müsahibəsində deyib. Xanım Laqard FES-in uçot dərəcəsini artırmasının ABŞ iqtisadiyyatının daha yaxşı vəziyyətdə olduğunu göstərdiyini deyib.

Avropa banklarının sərmayələrini kifayət qədər gücləndirdiyini qeyd edən K.Laqard deyib: “Avropa bankları artıq daha yaxşı təşkil edilir və yoxlanılır”.

O, “Brexit” qeyri-müəyyənliyinin İngiltərə iqtisadiyyatına zərər verdiyini də söyləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.