DÜNYA


Kristin Laqard: Türkiyənin vaxtında atdığı addımlar bazarları tənzimlədi

A+ A

Bakı, 19 iyul, Nihad Budaqov, AZƏRTAC 

Türkiyədə uğursuzluqla nəticələnən dövlət çevrilişi cəhdindən sonra Türkiyənin Mərkəzi Bankı (TCMB) və digər təşkilatlar tərəfindən atılan çevik addımlar maliyyə bazarlarını tənzimləməkdə təsirli oldu.

AZƏRTAC “bloomberght.com” istinadla xəbər verir ki, bu sözləri Beynəlxalq Valyuta Fondunun (BVF) baş direktoru Kristin Laqard deyib. O bildirib ki, Türkiyənin Mərkəzi Bankı və maliyyə təşkilatları daxil olmaqla digər qurumlar bankların fəaliyyətini davam etdirməsi üçün bir-birinə uyğun çox güclü reaksiya verdilər. Dövlət çevrilişi cəhdinə qarşı bazarın reaksiyası mülayim oldu. Türkiyə lirəsi gözlənildiyi qədər sərt təsir görmədi. Çox qeyri-adi bir hadisənin ardından bazarlar ümumi olaraq nizamlı bir formada fəaliyyətini davam etdirdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.