MƏDƏNİYYƏT


Kristina Orbakayte: Bakı hər dəfə fərqli görünüşü, durmadan inkişafı ilə məni təəccubləndirir

Bakı, 30 iyul, AZƏRTAC 

Bakı hər dəfə fərqli görünüşü, durmadan inkişafı, çiçəklənməsi ilə məni təəccubləndirir. Əfsuslar olsun ki, hələ şəhəri bütünlüklə gəzməyə vaxtım olmayıb. Vaxtımızı hələ ki, məşqlərdə və ləziz yeməklərinizdən dadmaqla keçirmişik.

Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində “Jara” festivalının iştirakçısı, Rusiyanın tanınmış müğənnisi və aktrisası Kristina Orbakayte deyib.

Festival çərçivəsində konsertlərdən birinin anası Alla Puqaçovanın yaradıcılıq gecəsinə həsr olunmasından məmnunluğunu dilə gətirən Kristina Orbakayte bu gözəl incəsənət bayramı üçün təşkilatçılara təşəkkür edib: “Bu dəfəki səfərim zamanı görmək istədiyim ən ecazkar tikililərdən biri Heydər Əliyev Mərkəzidir. Dünyaca məşhur Zaha Hadidin əl işini seyr etmək mənə çox maraqlıdır. Bu tikili arxitekturası ilə bütün dünyaya səs salıb. Mərkəzdə olan hər kəs tikilinin möhtəşəmliyinə heyran qalıb. Mən də oğlumla ora gedəcəyəm. Bakıda görüləcək yerlər çoxdur. Bu dəfə şəhərin bütün görməli yerlərini gəzmək fikrindəyəm” – deyə Orbakayte əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.