İDMAN


Kristof Daum Rumıniya yığmasında

A+ A

Bakı, 8 iyul, AZƏRTAC

Almaniyanın tanınmış futbol mütəxəssisi Kristof Daum Rumıniya millisinə baş məşqçı təyin edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Rumıniya Futbol Federasiyasınin (FRF) rəsmi saytında məlumat verilib. K.Daum “Avro-2016”da uğursuz çıxışından sonra postunu tərk edən Anqel Yordeneskunu əvəz edib.

Məlumat üçün qeyd edək ki, 62 yaşlı çalışdırıcı bundan öncə Almaniyanın “Köln”, Ştutqard”, “Bayer” və “Ayntraxt”, Türkiyənin “Beşiktaş”, “Fənərbağça” və “Bursaspor”, Avstriyanın “Avstriya” və Belçikanın “Brüqqe” futbol klublarında baş məşqçi olub. Son iki ildə işsiz qalan K.Daum fəaliyyət göstərdiyi komandalara Bundesliqa çempionluğunu (1991/92), Türkiyə birinciliyini (1994/95, 2003/04, 2004/05) və Avstriya çempionatını (2002/03) qazandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.