CƏMİYYƏT
Kristos Papageorgiou: Skautların Bakı konfransı çox məhsuldar keçdi
Bakı, 18 avqust, AZƏRTAC
Bakıda keçirilən 41-ci Dünya Skaut Konfransı zamanı “Bürünc canavar mükafatı”na layiq görülənlərdən biri də 65 ildən çoxdur skaut hərəkatının üzvü olan yunanıstanlı Kristos Papageorgiou idi. O, həm də Beynəlxalq Xristian Ortodoks Skautlar Assosiasiyasının baş katibidir.
Təəssüratlarını AZƏRTAC-ın müxbiri ilə bölüşən qonaq Bakıda keçirilən konfransda belə bir mükafat almaqdan çox xoşbəxt olduğunu bildirib.
Kristos Papageorgiou skautların Bakı konfransının mükəmməl təşkil edildiyini, çox məhsuldar keçdiyini bildirib. Konfransın keçirildiyi məkanın möhtəşəm olduğunu deyən qonaq bu tədbirin Dünya Skaut Hərəkatının inkişafına öz töhfəsini verəcəyinə inandığını deyib.