DÜNYA


Krit adasında qum heykəllərinin festivalı keçirilib

A+ A

Afina, 9 avqust, AZƏRTAC

Yunanıstanda ilk dəfə olaraq Krit adasında qum heykəllərinin festivalı keçirilib. Yunan mifologiyasının ilahələri, gəmilər, dənizçilər və digər mövzuda heykəllər Krit adasının Ammudare çimərliyində turistlərin diqqətini cəlb edib. Heykəllərin hündürlüyü 3 metrə çatır. Hər il keçirilməsi nəzərdə tutulan festivala peşəkar heykəltəraşlardan başqa turistlər də cəlb olunub.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Afina

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.