İDMAN
Kross qaçışı üzrə Bakı çempionatının qalibləri müəyyənləşib
Bakı, 27 sentyabr, AZƏRTAC
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Bakı Dövlət Cıdır Meydanında kross qaçışı üzrə paytaxt çempionatı keçirilib.
BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, yarışda 6 klubun idmançıları mübarizə aparıblar.
Qadınların yarışında Jalə Rəhimzadə (1 kilometr məsafəyə qaçış), Natavan Etibarova (2 km), Aynur Əsgərova (4 km) və Rəqsanə Rəcəbli (6 km) qızıl medal qazanıblar.
Kişilərin mübarizəsində Leonid Kryukov (2 km), İlham Abışov (3 km), Nail Rzayev (6 km), Elman Abışov (10 km), veteranlar arasında isə Tapdıq Dadaşov fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
İlk üç yeri tutan idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.
Mükafatçılar oktyabrın 16-18-də İsmayıllıda keçiriləcək Azərbaycan çempionatına vəsiqə qazanıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [17:06]
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
- 24.04.2024 [16:52]
Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb
- 24.04.2024 [14:51]
NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub
- 24.04.2024 [14:14]
Azərbaycan avarçəkənləri lisenziya turnirində iştirak edəcəklər
- 24.04.2024 [13:54]
Azərbaycan tennisçisi beynəlxalq yarışda medal qazanıb
- 24.04.2024 [12:54]
“Azərreyl”in voleybolçusu: Fantastik mövsüm və gözəl sonluq oldu
- 24.04.2024 [12:30]
“Neftçi”nin iki futbolçusu “Qarabağ”la matçı buraxacaq
- 24.04.2024 [12:20]