RƏSMİ SƏNƏDLƏR


Kuba Respublikası Dövlət Şurasının və Nazirlər Şurasının Sədri Zati-aliləri cənab Raul Kastro Rusa

Hörmətli cənab Sədr,

Kuba Respublikasının milli bayramı – Azadlıq günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Kuba xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.

 

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 29 dekabr 2016-cı il.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır