DÜNYA


Kuba inqilabının lideri Fidel Kastro dəfn olunub

Bakı, 4 dekabr, Əsəd Məmmədov, AZƏRTAC

Kuba inqilabının lideri Fidel Kastronun dəfn mərasimi olub.

AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, Fidel Kastronun külü inqilabın beşiyi sayılan Santyaqo-de-Kubadakı Santa-İfiqeniya qəbiristanlığında dəfn olunub.

Xatırladaq ki, 90 yaşlı Fidel Kastro noyabrın 26-da dünyasını dəyişib. Onun cəsədi kremasiya olunub (yandırılıb). Cəsədinin kremasiya olunmasını mərhumun özü istəyib.

Qeyd edək ki, Fidel Kastro dünya tarixində hakimiyyətdə ən çox qalmış üçüncü dövlət başçısıdır. Hakimiyyətdə olduğu müddətdə ona 600 dəfədən çox sui-qəsd təşkil olunub və Fidel Kastro bu göstəriciyə görə “Ginnesin rekordlar kitabı”na düşüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.