DÜNYA


Kubada doqquzgünlük matəm elan olunub VİDEO

A+ A

Bakı, 26 noyabr, AZƏRTAC

Kubanın hakimiyyət orqanları Fidel Kastronun ölümü ilə bağlı ölkədə doqquzgünlük matəm elan olunması barədə qərar qəbul ediblər.

AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, Kuba inqilabı liderinin dəfn mərasimi dekabrın 4-də Santyaqo-de-Kuba şəhərində keçiriləcək. Bir qədər əvvəl mərhumun qardaşı, Kuba lideri Raul Kastro cəsədin kremasiya olunacağını bildirmişdi.

Xatırladaq ki, Fidel Kastro dünən ömrünün 91-ci ilində vəfat edib.

Ada dövlətin təxminən 50 illik tarixi Fidel Kastro ilə bağlıdır. O, dünya tarixində hakimiyyətdə ən çox qalmış üçüncü dövlət başçısıdır. Belə ki, 1959-2006-cı illərdə Kuba hökumətinə və dövlətinə rəhbərlik edib. Səhhətinin pisləşməsi ilə əlaqədar 2006-cı il iyulun 31-də vəzifələrini və səlahiyyətlərini qardaşı Raul Kastroya verib.

Hakimiyyətdə olduğu müddətdə ona 600 dəfədən çox sui-qəsd təşkil olunub və Fidel Kastro bu göstəriciyə görə “Ginnesin rekordlar kitabı”na düşüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.