DÜNYA
Kubada qasırğa səbəbindən 316 min nəfər evakuasiya olunub
Bakı, 4 oktyabr, AZƏRTAC
“Metyu” qasırğasının yaxın saatlarda Kubanın şərq sahillərinə çatacağı gözlənilir. Bununla əlaqədar adanın 316 min nəfər sakini evakuasiya olunub.
AZƏRTAC Qərb KİV-lərinə istinadla xəbər verir ki, 20 min nəfər sığınacaqlarda, 296 min nəfər isə təhlükəsiz ərazilərdəki şəxsi evlərdə və mənzillərdə yerləşdirilib. Hakimiyyət orqanlar tərəfindən Santyaqo-de-Kuba və Quantanamo da daxil olmaqla, altı şərq əyalətində qasırğa xəbərdarlığı elan edilib. Qasırğanın mərkəzində küləyin sürəti saatda 230 kilometrə çatır.
Meteoroloqların məlumatına əsasən, “Metyu” dördüncü kateqoriyalı şiddətli qasırğa olaraq qalır. O, Karib dənizində 2007-ci ildən bəri qeydə alınan ən güclü qasırğadır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:06]
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]
İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib
- 19.04.2024 [17:22]