DÜNYA


Kubalılar da gəlirdən vergi ödəyəcəklər

A+ A

Bakı, 3 oktyabr, AZƏRTAC

Kuba Respublikasının dövlət sektorunda çalışan 1,5 milyon nəfərdən artıq sakini 1959-cu ildə baş vermiş inqilabdan sonra ilk dəfə olaraq sosial müdafiə haqları ödəyəcəklər.

AZƏRTAC “vergiler.az” saytına istinadla bildirir ki, dövlət sənaye sektorunda çalışan vətəndaşlar 500 pesodan (1 peso = 0,4 ABŞ dollarıdır) artıq aylıq gəlir üçün 5 faizlik sosial müdafiə haqqı, 2500 pesodan artıq aylıq gəlir üçünsə, 3-5 faizlik gəlir vergisi ödəyəcəklər.

Kubada vergiləri, o cümlədən gəlir vergisini ilk dəfə kiçik biznes təmsilçiləri, mədəniyyət işçiləri və xarici şirkətlərdə çalışanlar ödəməyə başlayıblar.

Son vaxtlar vergi ödəyicilərinin bu kateqoriyasına yüz minlərlə fermer və yarım milyon fərdi fəaliyyətlə məşğul olan kubalılar da salınıb.

Kubanın 5 milyon işləyən əhalisinin 80 faizi dövlət müəssisə və təşkilatlarında çalışanlardır. Son vaxtlara qədər səhiyyə və təhsil sahələrində işləyən kubalılar dövlətə heç bir vergi ödəmirdilər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.