SİYASƏT


Kubanın yeni səfiri etimadnaməsinin surətini Azərbaycanın xarici işlər nazirinə təqdim edib

A+ A

Bakı, 5 dekabr, AZƏRTAC

Kubanın Azərbaycanda yeni təyin olunmuş səfiri Alfredo Fidel Nieves Portuondo etimadnaməsinin surətini xarici işlər naziri Elmar Məmmədyarova təqdim edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Elmar Məmmədyarov Alfredo Fidel Nieves Portuondonu Azərbaycanda səfir təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Səfir iki ölkə arasında əlaqələrin daha da inkişafı naminə səylərini əsirgəməyəcəyini vurğulayıb.

Elmar Məmmədyarov Kuba inqilabının lideri Fidel Kastro Ruzun vəfatı ilə bağlı dərin hüznlə başsağlığı verib.

Görüşdə Azərbaycan və Kuba arasında ikitərəfli siyasi münasibətlərin inkişafından məmnunluq ifadə olunub. İqtisadi-ticarət, mədəniyyət, turizm və idman sahələrində əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğu vurğulanıb. İki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığından söz açan nazir Azərbaycanın 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edəcəyini və 2019-cu ildə Qoşulmama Hərəkatının XVIII Zirvə toplantısına ev sahibliyi edəcəyini bildirib. O, Qoşulmama Hərəkatının fəal üzvlərindən biri kimi Kuba ilə bu sahədə təcrübə mübadiləsinin faydalı olacağını diqqətə çatdırıb.

Səfir BMT çərçivəsində Kubanın mövqeyini davamlı şəkildə dəstəklədiyinə görə Azərbaycana təşəkkür edib.

Elmar Məmmədyarov Kubanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsinin təqdir edildiyini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.