MƏDƏNİYYƏT


Kukla Teatrı müsabiqə elan edib

A+ A

Bakı, 5 sentyabr, AZƏRTAC

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı 85 illik yubileyi münasibətilə balaca istedadlar arasında müsabiqə elan edib. Belə ki, teatrın nəzdində fəaliyyət göstərən “Oyuq” teatr-studiyasına istedadlı uşaqların qəbuluna başlanılıb.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sentyabrın 6-dan 26-dək davam edəcək müsabiqədə 5-15 yaşlı uşaqlar iştirak edə bilərlər.

Teatr üçün həvəskar aktyorların yetişdirilməsi məqsədilə keçirilən müsabiqədə iştirak etmək istəyənlər Azərbaycan Dövlət Kukla Teatrına (saat 13:00-15:00) müraciət etməlidirlər.

Peşəkar aktyorluq və rejissorluq, xoreoqrafiya və vokal üzrə pedaqoqların seçəcəyi uşaqlardan tələb olunan əsas keyfiyyətlər səhnədə özünü sərbəst ifadə, səs və xoreoqrafiya bacarıqlarıdır.

Qeyd edək ki, fəaliyyətində “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramındakı teatr-studiyaları ilə bağlı bəndi rəhbər tutan “Oyuq” illərdi keçdiyi uğurlu yaradıcılıq yolu ilə öz fərqini göstərə bilib. Belə ki, studiyanın yetirmələri Türkiyə, Rusiya, Makedoniya və Bolqarıstanda təşkil olunan beynəlxalq festival və müsabiqələrdə uğurla təmsil olunaraq dəfələrlə yüksək mükafatlara layiq görülüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.