İQTİSADİYYAT


Kulevi “Black Sea” neft terminalının əməkdaşları üçün kurs təşkil edilib

A+ A

Bakı, 28 dekabr, AZƏRTAC

Gürcüstanda 2017-ci ilin yanvarından qüvvəyə minəcək yeni Vergi Məcəlləsi ilə tanışlıq məqsədilə SOCAR-ın bu ölkədəki aktivi Kulevi “Black Sea” neft terminalının əməkdaşları üçün “E&Y Georgia” şirkəti ilə əlaqəli formada təlim kursu təşkil olunub.

AZƏRTAC terminalın saytına istinadla xəbər verir ki, təlim kursu terminalın bütün maliyyə kadrlarını əhatə edib. İnteraktiv formada keçirilən kursa müxtəlif fənn kabinetləri daxil edilib.

Təlim kursunun məqsədi əməkdaşların yeni normalara uyğun bəyanatlar hazırlamalarına kömək olmaqdır. Kurs iştirakçıları təlim materialları ilə də təmin olunub.

Qeyd edək ki, Kulevi neft terminalı və limanı 2008-ci ilin mayında istismara verilib. Bir ay sonra limana ilk tanker yan alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.