İQTİSADİYYAT


Kulevi neft terminalında “Intertek” şirkəti tərəfindən xarici audit keçirilib

Bakı, 20 dekabr, AZƏRTAC 

“Intertek” şirkətinin auditorları tərəfindən SOCAR-ın Gürcüstandakı aktivi olan Kulevi neft terminalının İdarəetmə İnteqrasiya Sisteminin sertifikatlandırılması üzrə xarici audit keçirilib.

AZƏRTAC terminalın saytına istinadla xəbər verir ki, auditin məqsədi terminalın proseslərinin beynəlxalq standartların (ISO 9001, ISO 14001 və OHSAS 18001) tələblərinə uyğunluğunun qiymətləndirilməsi olub.

Xarici audit bütün mühüm əməliyyatları və köməkçi prosesləri, həmçinin xidmətin planlaşdırılması və təminatı, müştəri məmnunluğunun qiymətləndirilməsi sənədi üzrə nəzarət, əməyin mühafizəsi və təhlükəsizliyi, eləcə də ətraf mühitin idarə olunması və keyfiyyətə nəzarəti əhatə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.