İQTİSADİYYAT


Kulevi neft terminalında boru təmizləmə əməliyyatlarına başlanılıb

A+ A

Bakı, 19 avqust, Nihad Budaqov, AZƏRTAC

SOCAR-ın Gürcüstandakı aktivi olan Kulevi neft terminalında texniki boru kəmərində boru təmizləmə qurğusunun quraşdırılması başa çatdırılıb və avadanlığın istismara verilməsindən sonra ilk əməliyyatlara başlanılıb.

AZƏRTAC terminalın saytına istinadla xəbər verir ki, əməliyyatlarla bağlı əməkdaşlara müvafiq təlimlər keçirilib.

Həmin qurğular bir çox ölkədə neft və qaz kəmərlərində intensiv istifadə olunur. Qurğudan boruda axan məhsulu dayandırmadan istifadə edilir. Bu proses qurğunun quraşdırılması korroziyanı azaldacaq, neft və neft məhsullarının yüklənib boşaldılması xidmətlərini optimallaşdıracaq, eyni zamanda məhsulun keyfiyyətini qoruyacaq.

Qeyd edək ki, Kulevi neft terminalı və limanı 2008-ci ilin mayında istismara verilib. Bir ay sonra limana ilk tanker yan alıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.