CƏMİYYƏT


Külli miqdarda dərman preparatını qanunsuz yolla ölkə ərazisinə keçirmək cəhdinin qarşısı alınıb

Bakı, 28 yanvar, AZƏRTAC

Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunun piyada idxal nəzarəti zonasında Azərbaycan Respublikası vətəndaşının əl yükünə rentgen cihazı ilə baxış zamanı, malların arasındakı elektrik qızdırıcısının içərisində şübhəli predmetlər müşahidə olunub.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təkrar yoxlama nəticəsində isə gömrük orqanına əvvəlcədən bəyan edilməyən və gömrük nəzarətindən gizlədilən, hər birində 14 həb olmaqla 276 konvalyut “Lyrica (pregabalin)” adlı dərman preparatı aşkar edilib.

Eyni zamanda, məlum olub ki, içərisində dərman preparatları yerləşdirilən əl yükü, əslində onu gömrük nəzarəti zonasına daxil edən Azərbaycan vətəndaşına məxsus deyil. Həmin yük Gürcüstandan tranzit keçməklə Türkiyədən Azərbaycana gələn sərnişin avtobusunun sürücüsünün olub. İstanbul şəhərində yaşayan sürücü həmin yükü avtobusda işləyən şəxs vasitəsilə Azərbaycan Respublikasının ərazisinə keçirməkdə köməklik göstərməsi üçün Azərbaycan vətəndaşına verib.

Qeyd edək ki, “Lyrica (pregabalin)” adlı dərman preparatının Azərbaycan Respublikasının ərazisində mülki dövriyyəsi qadağandır. Bu dərman preparatı “Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı”na daxildir.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.