CƏMİYYƏT


Külli miqdarda siqaretin qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilməsinin qarşısı alınıb

A+ A

Bakı, 22 iyul, AZƏRTAC

Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” Gömrük Postunda İran İslam Respublikasından ölkəmizə gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi minik avtomobilinə “Heimann Cargo Vision” rentgen qurğusunda baxış keçirilib. Yoxlama zamanı qurğunun nəzarət monitorunda avtomobilin yük yerində fərqli görünüşdə və formada naməlum predmetlərin olduğu müşahidə edilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, avtomobilə keçirilən əsaslı baxış zamanı nəqliyyat vasitəsinin yük yerində - döşəmənin altında malların aşkar edilməsini çətinləşdirən üsuldan istifadə etməklə gömrük nəzarətindən gizlədilən 42 min ədəd siqaret aşkar olunaraq götürülüb.

Faktla bağlı təhqiqat aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.