CƏMİYYƏT


Külli miqdarda siqaretin qanunsuz yolla ölkəmizə gətirilməsinin qarşısı alınıb

A+ A

Bakı, 4 fevral, AZƏRTAC

Xaçmaz Gömrük İdarəsinin əməkdaşları külli miqdarda siqaretin qanunsuz yolla ölkə ərazisinə keçirilməsi cəhdinin qarşısını alıblar.

Bu barədə AZƏRTAC-a Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildirilib.

Rusiya Federasiyası istiqamətindən idarənin “Xanoba” gömrük postunun gömrük nəzarəti xəttinə daxil olan Rusiya Federasiyası vətəndaşının idarə etdiyi “Mercedes Benz Vito 109 CDİ ” markalı nəqliyyat vasitəsində keçirilmiş gömrük baxışı zamanı “Drakula” adlı kinoloji xidmət iti nəqliyyat vasitəsinin müxtəlif yerlərinə reaksiya verib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin, eləcə də, ona qoşulmuş qoşqunun gizli saxlanc yerlərindən 78 min 400 ədəd “Parliament” markalı, 9600 ədəd “Marlboro” markalı olmaqla, cəmi 88 min ədəd siqaret aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.