CƏMİYYƏT


Külli miqdarda xarici valyutanın gömrük sərhədindən gizlin keçirilməsi cəhdinin qarşısını alınıb

Bakı, 22 iyun, AZƏRTAC

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən gizlin və bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Bakı-Almatı aviareysi ilə getmək istəyən Ukrayna vətəndaşı gömrük nəzarətindən “Yaşıl kanal” buraxılış sistemindən istifadə etməklə keçsə də, lakin əl çantası rentgen aparatından keçirilərkən monitorda əsginasların təsviri görünüb.

Vətəndaş saxlanılıb sorğu-sual edilərkən üzərində cəmi 7000 avronun olduğunu bildirib. Bundan sonra ona məxsus əşyalarda və üzərində şəxsi yoxlama aparılması üçün yoxlama otağına dəvət olunub.

Yoxlama zamanı, vətəndaşa məxsus əl çantasının içərisindəki noutbukun arasında 5000 avro, çantanın içərisində olan digər şəxsi əşyaların arasında isə 58 min avro, şəxsi yoxlama zamanı isə vətəndaşın əynindəki alt geyimində daha 5000 avro aşkar olunub.

Beləliklə, vətəndaşın gömrük nəzarətindən gizlətdiyi və əvvəlcədən bəyan etmədiyi 150 ədəd - hər biri 500 avro nominalında əsginaslar olmaqla, cəmi 75 min avro aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.