CƏMİYYƏT


Külli miqdarda xarici valyutanın qeyri-qanuni yolla ölkə ərazisindən çıxarılmasının qarşısı alınıb

A+ A

Bakı, 30 iyul, AZƏRTAC

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın qeyri-qanuni yolla ölkə ərazisindən çıxarılmasına cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Bakı-Urumçi aviareysi ilə getmək üçün Heydər Əliyev Beynəlxalq Aeroportunun gömrük nəzarəti zonasına daxil olan Azərbaycan Respublikasının vətəndaşı çantasını rentgen aparatına qoyub keçərkən hərəkətləri gömrük əməkdaşında şübhə doğurub və saxlanılaraq çantasına baxış üçün yoxlama otağına dəvət olunub.

Yoxlamadan öncə həmin şəxsə çantasının içərisindəki bəyan olunası əşyaların könüllü şəkildə təqdim edilməsi təklif olunub və o, çantasında 20 min ABŞ dollarının olduğunu bildirib.

Yoxlama zamanı çantanın içərisindən əvvəlcədən gömrük orqanına şifahi, elektron və ya yazılı formada bəyan edilməyən 200 ədəd - hər biri 100 ABŞ dolları nominalında pul əsginasları olmaqla, 20 min dollar aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.