CƏMİYYƏT


Kür çayının Gürcüstandan keçən hissəsində suyun çirklənmə dərəcəsi öyrənilir

Tbilisi, 5 iyun, AZƏRTAC

Gürcüstan hökuməti Kür çayında monitorinqlərə başlayıb. Gürcüstanın Milli Ətraf Mühit Agentliyi suda çirklənmənin səviyyəsini araşdırmaq üçün çayın 17 qolundan və 14 hissəsindən nümunələr götürüb. Hazırda agentliyin ekspress-laboratoriyası orqanik və qeyri-orqanik çirklənməni və ağır metalların səviyyəsini yoxlayırlar. Nəticələr bir neçə gündən sonra məlum olacaq.

Gürcüstan Ətraf Mühitin Mühafizəsi və Təbii Sərvətlər Nazirliyinin yaydığı məlumatda deyilir ki, çayın fiziki-kimyəvi parametrlərini, tam tərkibini müəyyən etmək üçün götürülmüş nümunələr əsaslı şəkildə yoxlanılacaq.

Qeyd edək ki, Gürcüstan su ehtiyatlarının bolluğuna görə, Avropada üçüncüsü yerdədir. Gürcüstan ərazisində ümumi uzunluğu 60 min kilometr olan 26 min çay axır. Bu çaylardan biri də Kür çayıdır.

Kür çayı Cənubi Qafqazda ən böyük çaydır və öz mənbəyini Türkiyədən alaraq üç ölkənin ərazisindən keçməklə Xəzər dənizinə tökülür. Kür çayının Gürcüstan hissəsində uzunluğu 390 kilometrdir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.