CƏMİYYƏT


Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 21 santimetr artıb

A+ A

Bakı, 31 oktyabr, AZƏRTAC

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 170-230, Kiçik Qafqazın çaylarında 170-260, Lənkəran-Astara bölgəsi çaylarında isə 100-210 faizini təşkil edir.

Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib. Məlumata görə, oktyabrın 31-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 21 santimetr artım müşahidə olunub. Məntəqədə su sərfi saniyədə 256 kubmetr təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsində 2 santimetr azalma qeydə alınıb. Məntəqədə su sərfi saniyədə 161 kubmetr olub.

Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 17 santimetr azalıb.

Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə - Surrada 531, Salyanda 394, Bankədə 281, Novruzlu məntəqəsində isə 240 santimetrdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.