CƏMİYYƏT
Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 12 santimetr azalıb
Bakı, 13 mart, AZƏRTAC
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 140-180, Kiçik Qafqazın çaylarında 160-270, Lənkəran-Astara bölgəsi çaylarında isə 70-170 faizini təşkil edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, martın 13-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 221 kubmetr olmaqla ongünlük normanın 83 faizini təşkil edir. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 santimetr artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 57 kubmetr olmaqla ongünlük normanın 61 faizini təşkil edir.
Martın 13-də Kür çayının aşağı axınında suyun səviyyəsi əsasən azalıb. Belə ki, Kür çayının Şirvan məntəqəsində 12, Salyanda 10, Araz çayının Novruzlu məntəqəsində 2 santimetr azalma, Surrada 4, Bankədə isə 2 santimetr artım qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 390, Şirvanda 247, Salyanda 188, Bankədə 179, Araz çayının Novruzlu məntəqəsində isə 88 santimetr təşkil edir.