CƏMİYYƏT


Kür çayının aşağı axınında sululuq azalıb

A+ A

Bakı, 7 noyabr, AZƏRTAC

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 170-220, Kiçik Qafqazın çaylarında 230-400, Lənkəran-Astara bölgəsi çaylarında isə 110-240 faizini təşkil edir.

Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib. Məlumata görə, noyabrın 7-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 santimetr artım müşahidə olunub. Məntəqədə su sərfi saniyədə 205 kubmetr təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsində 10 santimetr azalma qeydə alınıb. Məntəqədə su sərfi saniyədə 118 kubmetr olub.

Kür çayının aşağı axınında da suyun səviyyəsində azalma müşahidə olunub. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 4 santimetr azalıb.

Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə - Surrada 523, Salyanda 397, Bankədə 275, Novruzlu məntəqəsində isə 234 santimetrdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.