CƏMİYYƏT


Kür çayının aşağı axınında suyun səviyyəsi artıb

Bakı, 26 may, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-60, Kiçik Qafqazın çaylarında 40-120, Lənkəran-Astara bölgəsi çaylarında 10, Naxçıvan MR çaylarında isə 20 faizini təşkil edir.

Departamentdən AZƏRTAC-a bildirilib ki, mayın 26-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 10 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 472 kubmetr olmaqla ongünlük normanın 68 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm saniyədə 468 kubmetr olmaqla ongünlük normanın 67 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 13 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 189 kubmetr olmaqla, ongünlük normanın 95 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 177 kubmetr təşkil edərək ongünlük normanın 89 faizinə bərabər olub.

Mayın 26-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 4, Şirvanda 2, Bankədə 7, Araz çayının Novruzlu məntəqəsində 5 santimetr artım qeydə alınıb, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 392 (2016-cı il mayın 26-da 350 sm), Şirvanda 257, Salyanda 182 (2016-cı il mayın 26-da 180 sm), Bankədə 186 (2016-cı il mayın 26-da 182 sm), Araz çayının Novruzlu məntəqəsində isə 97 santimetr (2016-cı il mayın 26-da 63 sm) təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.