CƏMİYYƏT


Kür çayının aşağı axınında suyun səviyyəsi azalıb

Bakı, 30 dekabr, AZƏRTAC

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 150-230, Kiçik Qafqazın çaylarında 140-240, Lənkəran-Astara bölgəsi çaylarında isə 60-110 faizini təşkil edir.

Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib. Məlumata görə, dekabrın 30-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 santimetr azalma müşahidə olunub. Məntəqədə su sərfi saniyədə 140 kubmetr təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsində dəyişiklik baş verməyib. Məntəqədə su sərfi saniyədə 58 kubmetr olub.

Kür çayının aşağı axınında və Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsində azalma qeydə alınıb.

Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə - Surrada 491, Şirvanda 371, Salyanda 353, Bankədə 259, Novruzlu məntəqəsində isə 231 santimetrdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.