CƏMİYYƏT


Kür çayının aşağı axınında suyun səviyyəsi azalıb

A+ A

Bakı, 19 avqust, AZƏRTAC

Ötən günlər ərzində respublika çaylarının sululuğunda əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-80, Kiçik Qafqazın çaylarında 30-80, Lənkəran-Astara bölgəsi çaylarında isə 40-70 faizini təşkil edir.

Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib. Məlumata görə, avqustun 19-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 santimetr artım müşahidə olunub. Məntəqədə su sərfi saniyədə 100 kubmetr təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsində 1 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 38 kubmetrdir.

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma qeydə alınıb. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 3 santimetr qalxıb.

Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə - Surrada 358, Salyanda 140, Bankədə 184, Novruzlu məntəqəsində isə 73 santimetrdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.