CƏMİYYƏT


Kür çayının aşağı axınında suyun səviyyəsi dəyişməyib

A+ A

Bakı, 21 noyabr, AZƏRTAC

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 190-220, Kiçik Qafqazın çaylarında 240-250, Lənkəran-Astara bölgəsi çaylarında isə 130-350 faizini təşkil edir.

Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib. Məlumata görə, noyabrın 21-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 7 santimetr azalma müşahidə olunub. Məntəqədə su sərfi saniyədə 198 kubmetr təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsində 5 santimetr azalma qeydə alınıb. Məntəqədə su sərfi saniyədə 99 kubmetr olub.

Kür çayının aşağı axınında suyun səviyyəsində mühüm dəyişiklik müşahidə olunmayıb. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 4 santimetr artıb.

Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə - Surrada 461, Salyanda 300, Bankədə 242, Novruzlu məntəqəsində isə 172 santimetrdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.