CƏMİYYƏT
Kür çayının aşağı axınında suyun səviyyəsində artım qeydə alınıb
Bakı, 27 aprel, AZƏRTAC
Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-100, Kiçik Qafqazın çaylarında 40-110, Lənkəran-Astara bölgəsi çaylarında 10-70, Naxçıvan MR çaylarında isə 10 faizini təşkil edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, aprelin 27-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 9 sm artım müşahidə olunub. Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsi 6 sm azalıb.
Kür çayının aşağı axınında - Surra məntəqəsində 38, Şirvanda 22, Salyanda 17, Bankədə 8, Araz çayının Novruzlu məntəqəsində isə 10 sm artım qeydə alınıb.
Hazırda suyun səviyyəsi Surra məntəqəsində 420, Şirvanda 235, Salyanda 167, Bankədə 183, Novruzlu məntəqəsində isə 100 sm (təşkil edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:27]
Avqustun 30-u axşamadək əksər rayonlarda hava yağıntılı olacaq
- 27.08.2023 [23:39]
Asif Verdiyev: Yağışlarla əlaqədar əksər çaylarda sululuq artıb
- 27.08.2023 [17:31]
Faktiki hava: Hazırda ölkə ərazisində yağmursuz hava şəraiti hökm sürür
- 27.08.2023 [13:00]
Sabahın hava proqnozu açıqlanıb
- 26.08.2023 [17:00]
Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir
- 26.08.2023 [11:04]
Qeyri-sabit, yağıntılı hava şəraiti avqustun 27-si səhərədək davam edəcək
- 25.08.2023 [22:32]
Paytaxt havasında dəm qazının miqdarı normanı ötüb
- 25.08.2023 [22:23]