CƏMİYYƏT
Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub
Bakı, 6 fevral, AZƏRTAC
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 180-210, Kiçik Qafqazın çaylarında 200-230, Lənkəran-Astara bölgəsi çaylarında isə 40-100 faizini təşkil edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin AZƏRTAC-a verdiyi məlumata görə, fevralın 6-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 114 kubmetr olmaqla ongünlük normanın 69 faizini təşkil edir. Qanıx çayının Əyriçay məntəqəsində də suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Məntəqədə su sərfi saniyədə 52 kubmetr olmaqla ongünlük normanın 76 faizini təşkil edir.
Fevralın 6-da Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 4, Şirvanda və Bankədə 2, Salyanda 6, Araz çayının Novruzlu məntəqəsində 5 santimetr azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 470, Şirvanda 347, Salyanda 311, Bankədə 238, Araz çayının Novruzlu məntəqəsində isə 191 santimetr təşkil edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:27]
Avqustun 30-u axşamadək əksər rayonlarda hava yağıntılı olacaq
- 27.08.2023 [23:39]
Asif Verdiyev: Yağışlarla əlaqədar əksər çaylarda sululuq artıb
- 27.08.2023 [17:31]
Faktiki hava: Hazırda ölkə ərazisində yağmursuz hava şəraiti hökm sürür
- 27.08.2023 [13:00]
Sabahın hava proqnozu açıqlanıb
- 26.08.2023 [17:00]
Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir
- 26.08.2023 [11:04]
Qeyri-sabit, yağıntılı hava şəraiti avqustun 27-si səhərədək davam edəcək
- 25.08.2023 [22:32]
Paytaxt havasında dəm qazının miqdarı normanı ötüb
- 25.08.2023 [22:23]