CƏMİYYƏT


Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub

Bakı, 10 iyul, AZƏRTAC

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-70, Kiçik Qafqaz çaylarında 20-70, Lənkəran-Astara bölgəsi çaylarda 50, Naxçıvan Muxtar Respublikası çaylarında isə 40 faizini təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, iyulun 10-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 10 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 185 kubmetr olmaqla, ongünlük normanın 62 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm saniyədə 250 kubmetr olmaqla, ongünlük normanın 84 faizinə bərabər olub.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 42 kubmetr olmaqla, ongünlük normanın 29 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 164 kubmetr təşkil edərək, ongünlük normanın 112 faizinə bərabər olub.

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 2, Salyanda 10, Bankədə 8 santimetr azalma qeydə alınıb, Surrada və Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 318 (2016-cı il iyulun 10-da 326 sm), Şirvanda 165, Salyanda 90 (2016-cı il iyulun 10-da 93 sm), Bankədə 175 (2016-cı il iyulun 10-da 175 sm), Araz çayının Novruzlu məntəqəsində isə 40 santimetr (2016-cı il iyulun 10-da 39 sm) təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.