CƏMİYYƏT


Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub

Bakı, 13 fevral, AZƏRTAC

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-160, Kiçik Qafqazın çaylarında 180-200, Lənkəran-Astara bölgəsi çaylarında isə 60-130 faizini təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, fevralın 13-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 147 kubmetr olmaqla ongünlük normanın 86 faizini təşkil edir. Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Məntəqədə su sərfi saniyədə 58 kubmetr olmaqla, ongünlük normanın 82 faizini təşkil edir.

Fevralın 13-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 3, Şirvanda və Bankədə 4, Araz çayının Novruzlu məntəqəsində 5 santimetr artım qeydə alınıb, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 475, Şirvanda 325, Salyanda 315, Bankədə 245, Araz çayının Novruzlu məntəqəsində isə 194 santimetr təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.