CƏMİYYƏT


Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub

Bakı, 19 may, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-100, Kiçik Qafqazın çaylarında 100-160, Lənkəran-Astara bölgəsi çaylarında 30, Naxçıvan MR çaylarında isə 20 faizini təşkil edir.

Departamentdən AZƏRTAC-a bildirilib ki, mayın 19-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 445 kubmetr olmaqla ongünlük normanın 59 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm saniyədə 350 kubmetr olmaqla ongünlük normanın 47 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 161 kubmetr olmaqla, ongünlük normanın 79 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 139 kubmetr təşkil edərək ongünlük normanın 68 faizinə bərabər olub.

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 22, Salyanda 5, Bankədə 4 santimetr artım, Surrada 3, Araz çayının Novruzlu məntəqəsində 23 santimetr azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 396 (2016-cı il mayın 19-da 355 sm), Şirvanda 263, Salyanda 202 (2016-cı il mayın 19-da 208 sm), Bankədə 195 (2016-cı il mayın 19-da 177 sm), Araz çayının Novruzlu məntəqəsində isə 90 santimetr (2016-cı il mayın 19-da 60 sm) təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.