CƏMİYYƏT


Kür və Araz çaylarında biogen maddələrin miqdarı normanı keçib

A+ A

Bakı, 5 iyul, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə iyun ayının üçüncü ongünlüyü üçün növbəti monitorinq keçirib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Kür çayında su sərfi iyun ayının ikinci ongünlüyünə nisbətən saniyədə 214 kubmetr azalıb. Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 3,6, Ağstafaçayda 3,5, Ağstafaçay su anbarında isə 3,1 dəfə yol verilən qatılıq həddini keçib.

Fenolların Araz çayı üzrə Horadizdə 2,8, Birinci Şahsevəndə 2,3, Bəhramtəpədə isə 2,7 dəfə qatılıq həddini keçdiyi müəyyən edilib. Mis birləşmələri isə Kür və Araz çayları üzrə bütün məntəqələrdə norma daxilində tərəddüd edib.

Suyun oksigen rejiminin bütün məntəqələrdə sanitar norma daxilində dəyişdiyi qeydə alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.