REGİONLAR


Kürdəmir Rayon Mərkəzi Kitabxanasında Amerika guşəsi açılıb  VİDEO

Kürdəmir, 19 iyul, Adil Ağayev, AZƏRTAC

ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta iyulun 19-da Kürdəmirdə rayon mərkəzi kitabxanasında Amerika guşəsinin açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə guşədə kompüter və digər texniki avadanlıqlarla, kitab və rəsmlərlə tanışlıq olub, kitabxanaya yeni avadanlıq, texnika, lazımi materiallar və kitablar hədiyyə edilib.

Açılış mərasimində çıxış edən səfir guşənin Amerika və Azərbaycan xalqları arasında ünsiyyətin möhkəmləndirilməsində, kompüter biliklərinin mənimsənilməsində, ingilis dilini öyrənmək və təhsil proqramları ilə tanış olmaq imkanlarının qazanılmasında əhəmiyyətindən danışıb.

Qeyd olunub ki, Amerika guşəsi proqramına Azərbaycan Dillər Universitetində yerləşən Bakı Amerika Mərkəzi, Gəncə, Kürdəmir, Salyan, Xaçmaz rayon və şəhərlərindəki regional Amerika guşələri də daxildir. Mərkəz və guşələr ingilis dilini təkmilləşdirmək, Birləşmiş Ştatlar barədə məlumatlar əldə etmək, təhsil və mübadilə proqramları barədə ətraflı bilgilər qazanmaq, habelə yaradıcılıq məkanında yüksək innovativ texnologiya layihələrində iştirak etmək imkanları yaradır. Guşələr, habelə mühazirələr, danışıq klubları hər bir icma nümayəndəsi üçün pulsuz internet və bir sıra başqa fəaliyyətlər də təqdim edir.

Sonra qonaqlar Kürdəmir süd emalı müəssisəsi ilə də tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.