REGİONLAR


Kürdəmir: pambıq yığımı uğurla davam edir

A+ A

Kürdəmir, 22 noyabr, AZƏRTAC

Kürdəmir rayonunda pambıq yığımı uğurla davam edir. Hava şəraiti əlverişli keçdikdə tarlalara hər gün 1000-dən çox işçi çıxır.

Rayon kənd təsərrüfatı idarəsindən AZƏRTAC-a bildiriblər ki, cari mövsümdə Kürdəmirdə 1911 hektar sahədə məhsul yetişdirilib. İndiyədək 1880 ton pambıq yığılıb və toplanan “ağ qızıl”ın 1765 tonu müəssisəyə təhvil verilib.

Qeyd edək ki, pambıq yetişdirilən bütün ərazilərdə, xüsusən Şilyan, Qarasu, Pirli, Yenikənd, Topalhəsənli və bir sıra digər ərazi vahidlərində tarlalarda hələ məhsul çoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.