REGİONLAR


Kürdəmir rayonunun Dəyirmanlı kənd məktəbi məzunlarının uğurları

A+ A

Kürdəmir, 4 sentyabr, AZƏRTAC

Kürdəmir rayonunun Dəyirmanlı kənd tam orta məktəbinin dörd məzunu builki qəbul imtahanlarında 500-dən yuxarı bal toplayaraq tələbə adını qazanıb.

AZƏRTAC xəbər verir ki, bu göstəriciyə görə Dəyirmanlı məktəbi kənd təhsil ocaqları arasında birinci, rayonun 43 ümumtəhsil məktəbi arasında isə şəhər 1 nömrəli tam orta məktəbdən sonra ikinci yeri tutub. Dəyirmanlı kənd məktəbinin məzunu Gilə Məmmədova qəbul imtahanlarında 685 bal toplayıb.

Builki imtahanda şəhər 1 nömrəli tam orta məktəbin 9 məzunu 500-dən yuxarı bal toplayıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.