REGİONLAR


Kürdəmirdə 1600 ton payızlıq kartof yığılıb

A+ A

Kürdəmir, 16 dekabr, AZƏRTAC

Kürdəmir rayonunun torpaq mülkiyyətçiləri payızlıq kartof yığımını başa çatdırıblar.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, cari mövsümdə 200 hektar sahədə payızlıq kartof yetişdirilib. Əkin sahələrindən 1600 ton məhsul götürülüb. Payızlıq kartof əkini ilə əsasən Kürqırağı kəndlərin sakinləri məşğuldurlar. Belə ki, Axtaçı, Mehdilli, Qocalı, Ərəbqubalı və bir sıra digər ərazi vahidlərində təkrar kartof əkini artıq ənənəvi hal alıb.

Qeyd edək ki, cari ildə rayonda 1217 hektarda yazlıq kartof yetişdirilib, sahələrdən 13 min 660 ton məhsul istehsal olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.